Bakıda özünü dənizə atan şəxs xilas edildi

Mayın 4-də saat 21 radələrində Səbail rayonu ərazisindəki Milli Parkda sərxoş vəziyyətdə özünü dənizə atan şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində xilas edilib.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər. Məlumata görə, həmin şəxsin Quba rayon sakini Novruz Novruzov olduğu məlum olub.
Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar. N.Novruzova xəstəxanada da tibbi yardım göstərilərək ambulator müalicə alması üçün evə buraxılıb.
Araşdırma aparılır.
1news.az
195