Salyanda mağaza, Beyləqanda isə avtomobil yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda mağaza, Beyləqanda isə avtomobil yanıb

Qafar Ağayev10:57 - 07 / 05 / 2022
Salyanda mağaza, Beyləqanda isə avtomobil yanıb

Salyan rayonunun Çuxanlı kəndində ümumi sahəsi 18 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Beyləqan şəhərində isə "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları və qismən arxa buferi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
247

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər