Bərdədə qadın narkotacir saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə qadın narkotacir saxlanılıb

Qafar Ağayev16:36 - 09 / 05 / 2022
Bərdədə qadın narkotacir saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Şəlalə İsmayılova tutulub.

Onun üzərinə baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, Ş.İsmayılova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
317

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər