Biləcəridə yolu keçən qadını maşınla vurub qaçan şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləcəridə yolu keçən qadını maşınla vurub qaçan şəxs saxlanıldı

Qafar Ağayev11:30 - 09 / 05 / 2022
Biləcəridə yolu keçən qadını maşınla vurub qaçan şəxs saxlanıldı

Bakıda avtomobillə piyadanı vuraraq qaçan sürücü saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 7-də saat 22 radələrində Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini S.Qasımovanın avtomobillə vurulması nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə 6-cı Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini Elçin Süleymanov avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
260

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər