Güclü külək səbəbindən Xəzər hövzəsində üzən gəmilər fəaliyyətini bərpa edə bilməyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Güclü külək səbəbindən Xəzər hövzəsində üzən gəmilər fəaliyyətini bərpa edə bilməyib

Qafar Ağayev12:27 - 09 / 05 / 2022
Güclü külək səbəbindən Xəzər hövzəsində üzən gəmilər fəaliyyətini bərpa edə bilməyib

Xəzər hövzəsində üzən gəmilər küləkli hava şəraiti səbəbindən fəaliyyətini bərpa edə bilməyib.

1news.az xəbər verir ki, hazırda Xəzər dənizində dalğanın hündürlüyü 5 metrə çatır.

Sürəti 20-25 m/san çatan Şimal, Şimal-Şərq küləyi müşahidə olunur.

Mayın 5-də ilk reysə çıxan RoPax tipli "Zərifə Əliyeva" gəmi-bərəsi hazırda Qazaxıstanın Kurık limanından 5 dəniz mili (təxminən 9 km) məsafəsindən sığınacaqda gözləməkdədir. İlkin proqnoza görə, küləyin mayın 10-u günün ikinci yarısında səngiyəcək və gəmilərin hərəkətinə icazə veriləcək.

Paylaş:
343

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər