Azərbaycan Ordusunda silah və texnikalar yay istismar rejiminə keçirilir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunda silah və texnikalar yay istismar rejiminə keçirilir - VİDEO

13:42 - 11 / 05 / 2022
Azərbaycan Ordusunda silah və texnikalar yay istismar rejiminə keçirilir - VİDEO

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi aparılır.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində döyüş və xüsusi texnikanın yanacaq-sürtkü materiallarının dəyişdirilməsi, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilməsi həyata keçirilir.
Silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı istismara hazırlığı hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılmasına xidmət edir.

1news.az

Paylaş:
309

Son xəbərlər

Bütün xəbərlər