Xocasəndəki qatar deposu və metro stansiyası ilin sonuna kimi istifadəyə verilə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocasəndəki qatar deposu və metro stansiyası ilin sonuna kimi istifadəyə verilə bilər

11:41 - 13 / 05 / 2022
Xocasəndəki qatar deposu və metro stansiyası ilin sonuna kimi istifadəyə verilə bilər

Bu ilin sonuna kimi Xocasəndə inşa olunan qatar deposu və metro stansiyası istifadəyə verilə bilər.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada tikinti işləri davam etdirilir.:

"Aparılan tikinti-quraşdırma işlərinin ilin sonuna qədər başa çatacağı və bu ilin sonuna qədər qatar deposu və yerüstü stansiyanın istifadəyə verilməsi gözlənilir", - H.Məmmədov bildirib.

Paylaş:
182

Son xəbərlər

Bütün xəbərlər