Bakıda kürəkən qayınatasını qətlə yetirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda kürəkən qayınatasını qətlə yetirib

Qafar Ağayev10:53 - 18 / 05 / 2022
Bakıda kürəkən qayınatasını qətlə yetirib

Bakıda qayınata kürəkəni tərəfindən qətlə yetirilib.

1news.az-ın məlumatına görə, hadisə paytaxtın Ramana qəsəbəsindəki Şuşa şəhərciyində qeydə alınıb.

Həmin şəhərcikdə yaşayan, 1978-ci il təvəllüdlü Qabil Qəmbərov çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Məlumata görə, Q.Qəmbərov qızının əri, 1987-ci il təvəllüdlü Taleh Heydərov tərəfindən öldürülüb.

Hadisəni törədən şəxs dərhal ərazidən qaçıb.

Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş:
266

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər