Natiq Məmmədli: “800-ə yaxın jurnalist təlimlərə cəlb olunacaq”.
“Ötən il keçirilən təlimlərdə 600-ə yaxın jurnalist iştirak edib, bu il isə sahəvi jurnalistikanın təkmilləşdirilməsi istiqamətində 800-ə yaxın jurnalistin təlimlərə cəlb olunacağı planlaşdırılır”.
1news.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.
O, bildirib ki, cəmiyyətin informasiyaya inanması üçün informasiyanın mənbəyi dəqiq olmalıdır:
“Jurnalist öz məsuliyyətini dərk etməlidir. Jurnalistin hazırladığı material həm ölkə daxili, həm də ölkə sərhədlərindən kənarda auditoriyada Azərbaycan reallığını ifadə etmək gücünə malikdir”.