Mediasiya Şurasına indiyədək daxil olan müraciətlər və barış sazişlərinin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Mediasiya Şurasına indiyədək daxil olan müraciətlər və barış sazişlərinin sayı açıqlandı

Qafar Ağayev16:42 - 19 / 05 / 2022
Mediasiya Şurasına indiyədək daxil olan müraciətlər və barış sazişlərinin sayı açıqlandı

"Mediasiya Şurasına indiyədək 15018 müraciət olub".

1news.az xəbər verir ki, bunu Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib. O, bildirib ki, bu müraciətlərdən 12872 ailə münasibətlərinin payına düşür.

“Burada söhbət təkcə nikahın pozulmasından getmir, burada aliment tələbindən, zinət əşyalarının alınması, övladın xaricə çıxarılması və s. məsələlərdən gedir. Ona bunu ümumi statistika şəklində veririk. Bu müraciətlərdən 395-i barışıq sazişi ilə yekunlaşıb. Bu statistikanı beynəlxalq təşkilatlar yüksək qiymətləndirsə də, bizi qane etmir, hədəflərimiz daha böyükdür. 1550 kommersiya mübahisəsindən isə 98 mübahisə barışıqla yekunlaşıb, burada çox ciddi məbləğlərin mübahisəsindən söhbət gedir. Əmək mübahisələri üzrə 596 müraciət daxil olub.

Əmək mübahisələri ilə bağlı ən böyük problemimiz ondan ibarətdir ki, işə götürənlər bəzən mediasiya prosesində iştirak etməkdən imtina edirlər. Bəzi qurumların rəhbərləri ilə görüşlər keçirmişik, onları inandırırıq ki, bu prosesə gəlməlidirlər, bu məsələlər məhkəmələrə daşınmamalıdır. Bu sahədə də nailiyyətlərimiz var. 596 işdən 75 barışıq sazişimiz olub. Gələcəkdə bu say da artacaq. Mediasiya Şurası təxminən 10 aydır fəaliyyət göstərir, yeni bir strukturdur”-deyə, N.Adilov bildirib.

Paylaş:
392

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər