Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

10:34 - 19 / 05 / 2022
Piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb

Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə mayın 17-də saat 23 radələrində Salyan şossesində yolu keçən Hacıqabul rayon sakini F.Cavadovun avtomobillə vurulması barədə məlumat daxil olub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Kəlbəcər rayon sakini Məzahir Məmmədov saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

1news.az

Paylaş:
194

Son xəbərlər

Bütün xəbərlər