Təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirdi

Qafar Ağayev12:20 - 23 / 05 / 2022
Təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüş keçirdi

Təhsil naziri Emin Əmrullayev Dünya Təhsil Forumunda iştirak etmək üçün Londonda işgüzar səfərdədir.

1news.az xəbıər verir ki, Səfər çərçivəsində təhsil naziri mayın 22-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyində Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb.

Görüşdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən fəaliyyətlər haqqında məlumat verilib və təhsilin müxtəlif istiqamətlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Emin Əmrullayev görüşdə iştirak edən vətəndaşlarımızın təhsil fəaliyyəti, doktorantların tədqiqat işləri, onların təhsil aldıqları universitetlərdə əldə etdikləri təcrübələr və yiyələndikləri biliklər haqqında ətraflı məlumat alıb.

Paylaş:
255

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər