Çiçəklənən Balaxanıda “Flora Bazar” yaz yarmarkası – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Çiçəklənən Balaxanıda “Flora Bazar” yaz yarmarkası – FOTO

S.Xankişiyeva14:50 - 24 / 05 / 2022
Çiçəklənən Balaxanıda “Flora Bazar” yaz yarmarkası – FOTO

Pandemiya şərtlərinin yumşaldılması və günəşli havaların gəlməsi ilə şəhərimizin müxtəlif məkanlarında yarmarkalar, sərgilər və festivallar keçirilir.

Belə tədbirlərin əsas məqsədi ticarət olsa da, buraya yığışan insanlar üçün bu, hər zaman keçərli deyil. Ünsiyyət, xoş vaxt keçirmək, əyləncə və s. kimi insanların mənəvi tələbatlarını ödəyən amillər birinci planda yer alaraq, tədbirlərin daha əlvan və şən keçməsinə səbəb olur.

Belə tədbirlərdən biri də 14-15 və 21-22 may tarixlərində qədimliyi qorunaraq restavrasiya edilmiş və mədəniyyətimizin dərin izlərini özündə daşıyan Balaxanı qəsəbəsində keçirildi.

Restavrasiyadan sonra gül-çiçək cənnətinə çevrilən Balaxanıda keçirilən tədbirə yalnız "Flora Bazar" adı yaraşardı ki, bu ad altında əlvan çiçəklərin, yamyaşıl bitkilərin təbii gözəlliyinin gözləri və könülləri oxşadığı dörd gün xoş xatirələrlə ötdü.

Şəhərimizin dörd bir tərəfindən gələn yerli və xarici qonaqların, kiçikdən böyüyə hər kəsin heyran qaldığı yaz yarmarkasında əl işi qida, dekorativ və kosmetik məhsulların da sərgisi və satışı baş tutdu. Yerli brendlərdən ibraət olan "Flora Bazar"da brend təmsilçiləri ziyarətçilərə məhsulların keyfiyyəti, hazırlanması, cəmiyyətə çatdırmaq istədikləri ideya haqqında danışdılar.

"Bayramlar uşaqlar üçün var" deyərkən, çox düz ifadə ediblər: bu yarmarkanın əsas ziyarətçi hissəsini təşkil edən uşaqların əyləncəsinə söz ola bilməzdi. Rəngarəng masaların və stendlərin arasında yorulmadan qaçıb-oynayan, enerjiləri ilə yarmarkamızı şənləndirən uşaqlar buradan ayrılmaq istəmirdilər.

Zəngin mədəniyyətli ölkəmizdə heç bir tədbir musiqisiz və rəqssiz keçməz və, təbii ki, "Flora Bazar" da istisna olmadı.

Fərqli tərz musiqi sədaları altında bir-birlərini tanımadan rəqs edərək birləşən qonaqlar video və şəkillərini sosial media üzərindən paylaşaraq hər hansı səbəbdən yarmarkaya gələ bilməyən və ya xəbəri olmayan insanların da marağına səbəb oldular.

Elə buna görə də "Flora Bazar" yaz yarmarkasının təşkilatçıları çox ara vermədən yeni tədbirlərin təşkili üzrə danışıqlara və hazırlıqlara başladıqlarını bildirdilər.

Biz isə ölkəmizdə hər zaman firavan yaşayaraq, günlərimizin bayram kimi keçməsindən xoşbəxtlik hissi duyuruq. Gələcək tədbirlərdə görüşənədək.

Reklam hüququnda

Paylaş:
833

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər