Sabahın hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın hava proqnozu açıqlanıb

13:57 - 25 / 05 / 2022
Sabahın hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti may ayının 26-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-23° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-8° isti olacaq.

1news.az

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər