Bu gün 9 nəfər koronavirusa yoluxub, ölən olmayıb – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 9 nəfər koronavirusa yoluxub, ölən olmayıb – STATİSTİKA

S.Xankişiyeva16:38 - 25 / 05 / 2022
Bu gün 9 nəfər koronavirusa yoluxub, ölən olmayıb – STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 969 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 53 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 290, bu günə qədər isə ümumilikdə 6 880 431 test icra olunub.

Paylaş:
660

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər