Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib

19:50 - 25 / 05 / 2022
Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbərliyi ilə görüş keçirilib

25 may tarixində Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”unun rəhbəri Ömər Karaca və təmsilçisi Samir Babaoğlu ilə görüş keçirilib.

Görüş zamanı MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov qonaqları Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş “Media haqqında” qanun, bu qanunun üstünlükləri, eləcə də ölkədə media reyestrinin yaradılması barədə məlumatlandırıb. Əhməd İsmayılov nümayəndə heyətinə bu reyestrin fəaliyyətə başlamasından sonra Azərbaycan media nümayəndələrinin yararlana biləcəyi imtiyazlar barədə ətraflı məlumat verib. O əlavə edib ki, “Media haqqında” qanuna əsasən onlayn mediada işləyən jurnalistlər də rəsmi status alıb.

İcraçı direktor həmçinin türkiyəli həmkarlarını Azərbaycanda media sahəsinin inkişafı üçün atılan addımlar, çap mediası və xəbər saytlarına dəstək proqramları, eləcə də digər təşəbbüslər barədə məlumatlandırıb.

Albayrak Media Group”unun rəhbəri Ömər Karaca iki ölkə mediası arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Ömər Karaca həmçinin qeyd edib ki, iki qardaş, dost ölkənin media qurumları arasında aparılan informasiya mübadiləsi hər iki tərəfin xeyrinə olacaq.

Paylaş:
74

Son xəbərlər

Azərbaycanda 11 uşaq bağçasının müdiri ciddi nöqsanlara görə işdən çıxarılıbBu gün, 11:10“Tarqovı”da ilan peyda olub - VİDEOBu gün, 10:52Bakıda Xəzər dənizinin səviyyə tərəddüdləri ilə bağlı beynəlxalq konfrans keçirilirBu gün, 10:37Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTOBu gün, 10:34“Son zəng”dən əvvəl yoxa çıxdı, 22 gün sonra meyiti tapıldıBu gün, 10:09Manatın xarici valyutalara qarşı rəsmi məzənnəsiBu gün, 09:53Pensiyaların yardımla birlikdə ödəniləcəyi tarix açıqlandıBu gün, 09:46“Location” gecə klubundakı partlayışla bağlı istintaq başa çatıbBu gün, 09:35Sumqayıtda qadına təpik vuran avtobus sürücüsü işinə qaytarıldı - VİDEOBu gün, 09:28Ağsuda sərxoş şəxs yanğın törədib - FOTOBu gün, 09:25Bakıda bu yollarda sıxlıq var - SİYAHIBu gün, 09:20İran Prezidenti Ceyhun Bayramovu qəbul edibBu gün, 09:17Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıbBu gün, 09:12Dondurma alarkən nələrə diqqət etmiyik?Bu gün, 08:23Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb04 / 07 / 2022, 17:56İsveç və Finlandiya ilə imzalanan memorandum Türkiyəyə nə qazandıracaq?04 / 07 / 2022, 17:49Prezident: “Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik”04 / 07 / 2022, 17:43AZAL gələn həftədən Bakı-Daşkənd-Bakı istiqaməti üzrə uçuşların sayını artırır04 / 07 / 2022, 17:42Prokuror Bakıda qətl törətməkdə təqsirləndirilən şəxsə 19 il cəza istədi04 / 07 / 2022, 17:40“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu04 / 07 / 2022, 17:35
Bütün xəbərlər

Next TV