Bakıdakı güclü yanğında FHN-in 2 əməkdaşı xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıdakı güclü yanğında FHN-in 2 əməkdaşı xəsarət alıb

S.Xankişiyeva16:01 - 26 / 05 / 2022
Bakıdakı güclü yanğında FHN-in 2 əməkdaşı xəsarət alıb

Bakıda sexdə baş verən güclü yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin 2 əməkdaşı yüngül xəsarət alıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşıdır.

Qeyd edək ki, bu gün günorta saatlarında paytaxtın Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında plastmas istehsalı sexində yanğın baş verib. Dərhal nazirliyin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Paylaş:
380

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər