Orqan transplantasiyası olanlara əlillik təyin ediləcək

“Yeni meyarlara əsasən sağlamlığın 85-100 faiz itirilməsinə görə müddətli əlillik də təyin ediləcək”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev "Sosial saat"da deyib.
O bildirib ki, bu transplantasiya zamanı tətbiq ediləcək:
"Orqan transplantasiyası 2 dəfə 2 il olmaqla müddətli təyin ediləcək və daha sonra müddətsizə keçiriləcək. Transplantasiya həyata keçirildikdən bir müddət sonra immunitet aşağı salınır ki, orqanizm yeni orqanı qəbul etsin. 2 ildən sonra həyat fəaliyyəti qaydasına düşdükdən sonra əllillik müddətsiz təyin olunacaq. Amma heç bir halda 80-85 faizdən aşağı salınmayacaq".
1news.az
232