Mirşahin Ağayev “Youtube” kanallarında dövlət üçün təhlükədən danışdı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mirşahin Ağayev “Youtube” kanallarında dövlət üçün təhlükədən danışdı - VİDEO

15:24 - 30 / 05 / 2022
Mirşahin Ağayev “Youtube” kanallarında dövlət üçün təhlükədən danışdı - VİDEO

Tanınmış jurnalist Mirşahin Ağayevin rəhbərliyi ilə fəaliyyət göstərən “Real TV”də aparıcının müəllifi olduğu “Mir Şahinin vaxtı” adlı proqramının növbəti buraxılışı yayımlanıb.

1news.az xəbər verir ki, M.Ağayev verilişin növbəti buraxılışında “YouTube” platformasındakı kanalların anti-Azərbaycan mövqeyindən danışıb, bununla bağlı çağırış edib.

M.Ağayev yeni əfv edilmiş şəxslərdən dövlətə qarşı istifadə olunduğunu söyləyib:

“Əfv edilənlər arasında dövlətə minnətdarlığını bildirənlər, həyata yenidən qayıtdıqlarını, əvəzini öz namuslu xidməti ilə çıxacağını vəd edən, hələ ki dürüst düşünmək iqtidarında olan, sonradan korlanmasalar əlbəttə, var. Amma əmin deyiləm ki, özünə youtube kanalı açaraq, əldə etdiyi populyarlıqdan eqoistcəsinə istifadə edən, layk işarəsi uğrunda mübarizə aparan bu zaman onun efirində kimin nə dediyinə, fikir verməyən aparıcıların dəvəti efirdə düşündüklərini yox, qarşısındakının kiməsə və haralarasa ötürmək istədiklərini deməyəcək”.

M.Ağayev deyib ki, ömrünün neçə ilini erməni əsirliyində keçirən, məsələn, əsir Şahbazın Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi anti-Azərbaycan ruhunda müsahibələr böyük ajiotaja səbəb olmurdu. Ona görə ki, "əsirlikdədir də, təzyiq ediblər, canının qorxusundan deyir" kimi düşüncə trafareti var. Amma həmin əsirin gəlib Azərbaycanda "youtube" kanalında öz dövlətini, onun beynəlxalq nüfuzunu hədəfə alan tərzdə çıxış etməsi artıq başqa məna verir:

“Bu şəxsin müsahibəsini ermənistan kanalları, geninə boluna istifadə edir və öz dilindən təqdim edirlər ki, gördünüz, adam özü etiraf edir ki, diversantdır, onu hansısa kabinetdən Kəlbəcərə xüsusi tapşırıqla yola salıblar. Həmin əsir azad şəkildə dövlət qurumları qarşısında aksiya keçirməklə hələ sonadək anlamadığı pisliyi bu dəfə dövlətə qarşı şüurlu şəkildə etdiyini dərk etmirsə bu artıq hüquq-mühafizə orqanlarının diqqətində olmalıdır.

Ermənistanın təzyiqi altında aqressorun maraqlarının tələb etdiyi ifadələri əsirlikdə verməyə məcbur edilmiş bir bədbəxtin gəlib həmin sözləri Azərbaycanda Youtube kanalında deməsi ciddi məsuliyyət yaradır. Axı peşəkar jurnalistika respondentin söylədiyi istənilən kəlmə qarşısında heyranlıq nümayiş etdirməklə risk siqmentinə daxil olan respondentin fikirlərini 100 faiz həqiqət kimi dərhal təqdim etməyi qəbul etmir. Bir neçə mənbədən yoxlanılması vacib olan məlumatların cəmiyyətə çatdırılması bir şeydir, Azərbaycana, dövlətçiliyimizə qarşı təhqir və təhdid müharibəsi elan etmiş fərariləri Azərbaycanda çalışan youtube kanallarında müsahibəyə cəlb etmək, yaxud onlarla intervüyə cəlb olunmaq onların fəaliyyətini bizim media haqqında qanunun ərazisində legitimləşdirmək başqa şey. Niyə keçmiş əsir elə indi də özünü əsir kimi aparır. Ermənilərin istədiyini deyir. Haaqa məhkəməsində Ermənistan-Azərbaycan çəkişməsi dönəmində. Niyə Bakıda ermənilərin hərbi cinayətlərinin ifşa edən məhkəmə bu qədər ajiotajla təqdim edilmirdi? Amma bir zavalı əsirin çıxışındakı antiazərbaycan müddəalar yotube kanallarında belə səxavətlə tirajlanır? Axı bu xalq həmin əsirlərin azad edilməsi uğrunda mübarizə aparıb”.

Youtube kanallarından Azərbaycana qarşı istifadənin özünün ən qərəzli və ən eybəcər şəklini aldığını deyən M.Ağayev prosesin genişləndiyini vurğulayıb:

“Qəti şübhəm yoxdur ki, hüquq-mühafizə orqanları yaranmış şəraitə müdaxilə edəcək. Çünki iş artıq o həddə çatıb ki, problem Dövlətin Rəsmi orqanı olan Azərbaycan qəzetinə çıxarılır. YOUTUBE kanallarının əksəriyyəti faktiki olaraq mütəşəkkil fəaliyyət göstərən bir dəstənin idarəsi və iradəsi altında cəmiyyəti, dövlət strukturlarını xof və xəraca vadar etmək yolu tutub”.

“Mir Şahinin vaxtı” verilişindən həmin hissəni təqdim edirik:

1news.az

Paylaş:
813

Son xəbərlər

Bütün xəbərlər