Abşeronda silahla ehtiyatsız davranan polis özünü güllələyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda silahla ehtiyatsız davranan polis özünü güllələyib

Qafar Ağayev13:10 - 01 / 06 / 2022
Abşeronda silahla ehtiyatsız davranan polis özünü güllələyib

Bu gün Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.

Bu barədə 1news.az-a DİN Mətbuat Xidmətindən bildirilib.

"Polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılmış, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib. Allah rəhmət eləsin" - deyə, məlumatda qeyd olunub.

Paylaş:
517

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər