Şuşada “ASAN xidmət” mərkəzi yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşada “ASAN xidmət” mərkəzi yaradılacaq

11:10 - 01 / 06 / 2022
Şuşada “ASAN xidmət” mərkəzi yaradılacaq

Şuşada "ASAN xidmət" mərkəzinin qurulması istiqamətində işlər gedir.

1news.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O qeyd edib ki, Qarabağda ciddi infrastruktur, yenidənqurma prosesi həyata keçirilir və Şuşada "Asan xidmət" mərkəzinin açılması nəzərdə tutulub.

"Digər bölgələrdə də əhalinin köçməsi üçün şərait yardıldıqdan sonra bu məsələyə baxılacaq. Hazırda isə Salyan və Lənkəran şəhərlərində "Asan xidmət" mərkəzinin tikintisi davam edir. Bu ilin sonuna qədər onların istifadəsi nəzərdə tutulur", - deyə Ü.Mehdiyev qeyd edib.

1news.az

Paylaş:
186

Son xəbərlər

Bütün xəbərlər