Yol qəzaları ən çox bu səbəbdən baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yol qəzaları ən çox bu səbəbdən baş verib

13:15 - 02 / 06 / 2022
Yol qəzaları ən çox bu səbəbdən baş verib

Ötən 3 ildə 5106 yol qəzası qeydə alınıb.

1news.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin polis mayoru İkram Məmmədov bildirib.

Qeyd olunub ki, onlardan 2801-i sürət həddinin aşılması, 1492-si manevr etmə və qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxmaq, 480-i yolayrıcını keçmək qaydalarının pozulması, 55-i nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edilməsi səbəbindən baş verib.

1news.az

Paylaş:
596

Son xəbərlər

Bütün xəbərlər