Görünməmiş dələduzluq: Özünü ölmüş kimi təqdim edən MTK direktoru tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Görünməmiş dələduzluq: Özünü ölmüş kimi təqdim edən MTK direktoru tutulub

S.Xankişiyeva11:11 - 04 / 06 / 2022
Görünməmiş dələduzluq: Özünü ölmüş kimi təqdim edən MTK direktoru tutulub

Azərbaycanda mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından özünü ölmüş kimi təqdim edən şirkət rəhbəri tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, 2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində Sarvan kənd sakini Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə R.Qəniyevin direktoru olduğu “Kaspian İnşaat MB” MTK-ya məxsus mənzilləri dələduzluq yolu ilə müxtəlif şəxslərə satdığına görə barəsində araşdırmalar aparıldığından avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.

R.Qəniyev paytaxtın Yasamal rayonu ərazisində saxlanılıb.

Paylaş:
707

Son xəbərlər

Bütün xəbərlər