Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə mübarizə aparacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə mübarizə aparacaq

Qafar Ağayev09:00 - 06 / 06 / 2022
Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə mübarizə aparacaq

Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçiriləcək.

1news.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov 6-cı turda turda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə mübarizə aparacaq. Digər şahmatçımız Teymur Rəcəbov isə bolqarıstanlı Veselin Topalov ilə görüşəcək.

Qeyd edək ki, ötən beş turun nəticəsinə görə, Ş.Məmmədyarov 8,5 xalla 10 iştirakçı arasında 4-cü pillədədir. Teymur Rəcəbov isə 3 xalla doqquzuncu yerdə qərarlaşıb.

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

Paylaş:
248

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər