Nərminin qətli ilə bağlı məhkəmə: “Göz-qulaqda olun, nəsə atsalar, bizə xəbər verin” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərminin qətli ilə bağlı məhkəmə: “Göz-qulaqda olun, nəsə atsalar, bizə xəbər verin”

Qafar Ağayev09:10 - 08 / 06 / 2022
Nərminin qətli ilə bağlı məhkəmə: “Göz-qulaqda olun, nəsə atsalar, bizə xəbər verin”

Gəncə Ağır Cinayətlər Məhkəməsidə Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.

1news.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən bugünkü iclasda ifadə verən şahid Müslüm Əliyev bildirib ki, İlkin Süleymanov həbs olunandan iki gün sonra qardaşı Bəhruz Süleymanov onun mağazasından alt paltarları alıb: "Yanvar ayının 7-si Bakıdan qayıtmışdım, səhəri gün İlkinin qardaşı Bəhruz mağazaya gəlib İlkin üçün alt paltarı verməyimi istədi. Dedi ki, İlkin hazırda polisdədir, paltarları ora aparacam. Hətta paltarların razmerini də yoxladıq ki, İlkinin əyninə olar, yoxsa yox".

Şahid Bəhruz Süleymanov da eyni epizod üzrə ifadəsində bildirib ki, üstündə Nərminin izi olduğu deyilən alt paltarını qardaşı həbs olunduqdan sonra alıb.

Məhkəmədə ifadə verən digər şahid, kənd sakini Rüfət Əliyev də deyib ki, Nərmin Quliyevanın meyiti tapılmamışdan əvvəl əmisi Arif Quliyev onlara gələrək Nərminin paltarının, ya ayaqqabısının onların qapısına asıla biləcəyini deyib: "Nərminin meyiti tapılmazdan 3 gün əvvəl əmisi Arif bizə gəldi. Dedi ki, ola bilər Nərminin paltarı, ya ayaqqabısını sizin qapıya asarlar. Göz-qulaqda olun, nəsə atsalar, bizə xəbər verin".

Şahid Nərminin paltarının kiminsə qapısına asılacağını və ya öldüyünü Arifin haradan bilməsi ilə bağlı sualın cavabını bilmədiyini deyib.

Prosesin davamında İlkin Süleymanovun bacısı oğlu Nicat Eminov ifadə verib. Şahidin sözlərinə görə, Nərmin itkin olan müddətdə dayısı tərəfindən saxlanıldığı deyilən otaqda paltar geyinib. Həmin vaxt da orada heç kim olmayıb: "Dekabr ayının 15-də rayona toya gəlmişdim. Həmin gün Nərmin saxlanıldığı deyilən otaqda kostyum geyinmişəm. Yanımda da dostum var idi, o da şahiddir".

Proses sabah davam etdiriləcək.

Paylaş:
322

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər