Vəkil: “Bu məsələdə Vilyam Hacıyevin həyatı həll olunur” | 1news.az | Xəbərlər
Cəmiyyət

Vəkil: “Bu məsələdə Vilyam Hacıyevin həyatı həll olunur”

Qafar Ağayev14:49 - 10 / 06 / 2022
Vəkil: “Bu məsələdə Vilyam Hacıyevin həyatı həll olunur”

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib.

Vəkil bildirib ki, cinayət işi üzrə tərtib edilən aktlarda dəymiş ziyan təqribi yazılıb.

"Ona görə də məhkəməyə maliyyə mütəxəssisi gəlməlidir ki, yazılan rəqəmlərə aydınlıq gətirsin. Bu məsələdə Vilyam Hacıyevin həyatı həll olunur. Təqribi rəqəmlərlə ittiham vermək olmaz. Aktı tərtib edən mütəxəssis gəlməli, yoxlamada aşkarlanan çatışmazlıqların hardan əldə edildiyini izah etməlidir. Mütəxəssis nöqsanları dəqiq izah eləməlidir. Mənimsənilən məbləğ nədirsə, o rəqəmi əsaslandırsın",- vəkil bildirib.

Yoxlama zamanı qeyd edilib ki, Vilyam Hacıyevin rəhbərliyi dövründə külli miqdarda vəsait rayon ərazisindəki təhsil və məktəbəqədər müəssisələrdə xərclənmək adı ilə silinib.

Vəkil qeyd edib ki, rəqəmlər arasında çox böyük fərq var: " Məsələn, aktda İmişli rayon İcra Hakimiyyətinin inzibati binasına ayrılmış vəsait 5 milyon 685 min 699 manat, 4 milyon 493 min manat, yaxud 898 min manat göstərilib. Biz ittihamda bu rəqəmlərin hansını əsas götürək. Ekspertin rəyi dəqiq olmalıdır. Sizin obyektivliyinizə qətiyyən şübhəmiz yoxdur. Amma rəqəmlərin dəqiq əsaslandırılması üçün mütəxəssis prosesə gəlməlidir. Mütəxəssis mühasibatlıq aparmayıbsa, hesablama hansı üsulla həyata keçirilib?"

Hakim bildirib ki, növbəti prosesdə İmişli rayon ərazisində aparılan tikinti işlərinə ayrılan və xərclənmiş vəsaitlərlə bağlı akt tədqiq ediləcək.

İş üzrə növbəti məhkəmə prosesi iyunun 13-nə təyin edilib.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Paylaş:
285

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər