Qaxda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaxda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb - FOTO

Qafar Ağayev17:28 - 10 / 06 / 2022
Qaxda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb - FOTO

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mağazadan oğurluq edən şəxs, eləcə də narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Balakən rayon sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün bir neçə dəfə məhkumluq həyatı yaşayan Qurban Nabatlı Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Yoxlama zamanı onun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin də nəticəsinə əsasən Q.Nabatlının marixuana istifadə etdiyi sübuta yetirilib. Özü ilə bərabər digər hərəkət iştirakçılarının, eləcə də daşıdığı sərnişinlərin sağlamlığını təhlükə altına atan həmin şəxs barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Q. Nabatlı barəsində qanunamüvafiq tədbir görülüb.

Qurban Nabatlı (saxlanılan şəxs) Qax şəhəri ərazisində yerləşən mağazaların birindən tütün məmulatlarının oğurlanması ilə bağlı daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində isə hadisəni törədən Balakən rayon sakini, əvvəllər də məhkum olunmuş Elnur Tağıyev saxlanılıb.

Qeyd edək ki, E.Tağıyev bir müddət öncə də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb və məhkəmənin qərarı ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.
Faktla bağlı araşdırma aparılır.

Paylaş:
374

Son xəbərlər

Viktor Orban Azərbaycana səfər edəcəkBu gün, 17:45Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıbBu gün, 17:40Azərbaycan Prezidenti ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edibBu gün, 17:28Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİBBu gün, 17:21Gəncədə qanunsuz tikinti işləri dayandırılıbBu gün, 17:18Heydər Əliyev Beynəlxalq Aeroportu ACI EUROPE 2024 İllik Konqresi və Baş Assambleyasında iştirak edirBu gün, 16:59Azərbaycan dili fənni üzrə keçirilən imtahananın nəticələri açıqlanıbBu gün, 16:41Qəzza zolağında ölən fələstinlilərin sayı 38 mini keçibBu gün, 16:39Bu bölgələrdə 3 gün qaz olmayacaqBu gün, 16:17Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilirBu gün, 16:00Sevinc Fətəliyeva: “Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub”Bu gün, 15:53İraq nümayəndə heyəti Ali Məhkəmədə olubBu gün, 15:25Azərbaycan Mərkəzi Bankı “PashaPay”ə lisenziya veribBu gün, 15:11“Ölkəmizdə uşaqların, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı ilə bağlı çox geniş şərait var” - ŞƏRHBu gün, 15:01Azərbaycan XİN ABŞ-ni təbrik edibBu gün, 14:47“Wi-Fi üzərindən zəng” – “Bakcell” abonentlərə yeni innovativ xidmət təqdim etdiBu gün, 14:46Əhali Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini istəyir? - STM sorğu nəticələrini açıqladıBu gün, 14:36Prezident ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edibBu gün, 14:32Bakının Mehdi Hüseyn və Teymur Elçin küçələrində təmir yekunlaşıb - FOTO - VİDEOBu gün, 14:21Əhməd Əhmədov yenidən məhkəmə qarşısında çıxarıldı - Özünü təqsirli bilib, ifadə vermədiBu gün, 13:54
Bütün xəbərlər