Qayıdış qəsəbələrində yeni subartezian quyusu qazılacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qayıdış qəsəbələrində yeni subartezian quyusu qazılacaq - FOTO

Qafar Ağayev18:00 - 10 / 06 / 2022
Qayıdış qəsəbələrində yeni subartezian quyusu qazılacaq - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Bu layihələr çərçivəsində Füzuli rayonunun Qayıdış məcburi köçkün qəsəbəsində yeni subartezian quyusu istifadəyə verilib.

Cəmiyyətidən 1news.az-a verilən məlumata görə, 1,2,3,4 və 5-ci Qayıdış qəsəbələrini içməli su təminatı indiyə qədər Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki subartezian quyusundan aparılırdı. Quyu zonasından qəsəbələrə çəkilmiş 273 mm diametrli magistral su kəməri uzun müddət istismar olunduğundan qəzalı vəziyyətə düşmüşdü. Buna görə də köçkün qəsəbələrinin su təminatında fasilələr yaranır, eyni zamanda ciddi su itkiləri yaşanırdı.

Qəsəbələrin içməli su təchizatında dayanıqlığı təmin etmək məqsədilə “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb və daha yaxın ərazidə yeni subartezian quyusunun qazılması qərara alınıb. “Azərsu” ASC-nin daxili imkanları hesabına qısa müddətdə quyunun qazıntısı başa çatdırlıb, onun elektrik enerjisi ilə təminatı həyata keçirilib. Yeni quyunun məhsuldarlığı və buradan əldə olunan suyun keyfiyyəti 1,2,3,4 və 5-ci Qayıdış qəsəbələrində 967 abonenti dayanıqlı içməli su ilə təmin etməyə imkan verəcək.

Paylaş:
415

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər