Bakı metrosunda qorxulu anlar - Ayağı qapının arasında qaldı, qatar... | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda qorxulu anlar - Ayağı qapının arasında qaldı, qatar...

10:35 - 10 / 06 / 2022
Bakı metrosunda qorxulu anlar - Ayağı qapının arasında qaldı, qatar...

Səhər saat 08:45 radələrində Bakı metropoliteninin "Koroğlu" stansiyasında qorxunc hadisə baş verib.

1news.az-ın milli.az-a istinadən verdiyi xəbərə görə, sərnişin sıxlığının müşahidə olunduğu stansiya platformasından "Dərnəgül" istiqamətində hərəkətdə olan qatara minməyə cəhd edən sərnişin hər kəsi həyəcanlandırıb.

Qatara minməyə cəhd edən qadının ayağı vaqonun qapıları arasında qallb. "Maşinist" qatarı hərəkətə gətirib, sərnişin 3 metr o vəziyyətdə ağrı-acı içində hərəkət etməli olub.

Digər sərnişinlərin yüksək səslə xəbərdarlığından sonra qatarın hərəkəti dayandırılıb və qapılar açılaraq sərnişin xilas edilib.

1news.az

Paylaş:
284

Son xəbərlər

Bütün xəbərlər