Yücel Karauz: “Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərini ən yüksək səviyyəyə daşıyıb”
“Şuşa Bəyannaməsi, əsrlər boyu davam edıən Türkiyə-Azərbaycan dostluğunu, qardaşlığını və son 100 ildə strateji birliyini tarixin ən yüksək səviyyəsinə daşıyıb”.
Bu sözləri 1news.az-a ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.
“Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə “bir millət”, “bir silahlı qüvvələr” və lazım olanda “bir dövlət” fəlsəfəsinin tələblərini yerinə yetirəcək şəkildə ortaya konkret iş qoyulacaq. Bu çərçivədə də Ankaranın təhlükəsizliyinin Bakıdan, Bakının təhlükəsizliyinin Ankaradan keçməsi müəyyən edilib.
Ən son Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Teknofestdə dediyi kimi “Ankaranın Bakıdan, Bakının Ankaradan heç bir fərqi yoxdur. Bu anlamda, özəlliklə son 1 il də Azərbaycan silahlı qüvvələrinin türk ordu modelinə keçməsi önəmlidir. Dünyadakı 183 ölkədən heç bir 2 ölkə arasında Azərbaycan və Türkiyə arasında olan münasibətlərə sahib deyil.
Azərbaycanda keçirilən Teknofest ilə müdafiə sənayesi fəaliyyətləri, artıq Türkiyədə istehsal olunan məhsulların Azərbaycana verilməsi və ya satılması deyil, birgə istehsal olacaq. Dolayısıyla, Şuşa Bəyannaməsi Türkiyənin nəyi varsa Azərbaycanın, Azərbaycanın nəyi varsa Türkiyənin nöqtəsinə gətirib".
“İki ölkə arasında Bəyannamə imzalanmasa da onsuz da bizim aramızda olan dostluq, qardaşlıq, stratejik əməkdaşlıq var idi" - deyə, general əlavə edib:
"Amma bunun dünyaya bəyan edilməsi həm bölgədə vəziyyəti dəyişdirmiş oldu, həm də önəmli bir coğrafi mövqedə olan Azərbaycanın və Türkiyənin birliyinin və gücünü cəmləşdirən Şuşa Bəyannaməsi önəmli bir qərarlılıq göstəricisi olub. Bu Bəyannamə dosta güvən, düşmənlərə də çox önəmli bir gözdağı olub”.
Y.Karauz deyib ki, Azərbaycanın Qarabağda qazandığ zəfər Şuşa Bəyannaməsi ilə birləşincə bölgədə vəziyyət dəyişib.
“Artıq Qafqazda planı olan, siyasi hədəfi olan ölkələr Azərbaycan və Türkiyənin birliyini nəzərə almalıdırlar. Azərbaycanın zəfərindən sonra ortaya çıxan vəziyyətdə də bunu çox açıq şəkildə görmək mümkündür. Öncəliklə, 3+3 platforması ilə, bu bölgənin sülh, sabitlik bölgəsi olması hədəfləri ortaya qoyulub. Ancaq Rusiya və Ukrayna arasında başlayan müharibə və digər fəaliyyətlər 3+3 platformasına bəlli bir müddət ertələyib. Onun yerinə, Qarabağ müharibəsində passiv bir mövqedə qalan Avropa Birliyi və Amerika Birləşmiş Ştatları Brüssel görüşləri kontekstində Qafqazlarda sülh və sabitliyin gəlməsi ilə bağlı təşəbbüs irəli sürüb. Bu təşəbbüslə çıxış edən Avropa Birliyi, Amerika ATƏT-in Minks qrupunun üzv ölkələridir. 28 il bu məsələni həll etməzkən, indi hamı bu məsələnin həlli üçün sanki yarışa giriblər. Bu, zəfərdən sonra Azərbaycanın artan gücünün göstəricisidir. Azərbaycan bu zəfəri ilə bölgədə güc sahibi olduğunu göstərib. Digər tərəfdən də bu zəfərdə Türkiyə-Azərbaycan birliyi Türk Dövlətləri Təşkilatının fəaliyyətinə çox müsbət təsir edib. Zəfər sonrası, İstanbul bəyanatı ilə Türk Dövləti Təşkilatı tarixində ən uzun prinsip ortaya qoyulub və təşkilatın 2030-cu il vizyonu üzərinə çalışılıb. Nəticə olaraq, Türkiyə-Azərbaycan münasibətləri həm türk dünyası ilə bağlı münasibətlər müsbət təsir edib. Bundan başqa, bölgədə sülhün bərqərar olması ilə bağlı həm Rusiyanı, həm Avropa birliyini, həm də İranı beynəlxalq hüququn tələbi olaraq, Azərbaycanı dəstəkləməyə, çarə tapmağa və atəşkəsi sülh anlaşmasına çevirmə vəziyyətinə gətrib. Bu, heç də asan olmayıb, 28 il bu məsələnin həllində səssi qalanlar, Azərbaycanın zəfərindən sonra, yarış vəziyyətində məsələnin həlli üçün çalışırlar”.