Qax sakini silahdan açılan atəşdən xəsarət alıb
Qax rayon sakini silahdan açılmış atəşdən xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan 1news.az-a bildirilib ki, 46 yaşlı Rasim Məmmədov Baydarlı kəndi ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. R.Məmmədovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
54












