Bakıda motosiklet yük maşını ilə toqquşub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda motosiklet yük maşını ilə toqquşub, ölən var

15:46 - 14 / 06 / 2022
Bakıda motosiklet yük maşını ilə toqquşub, ölən var

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, iyunun 14-də Qaradağ rayonunun Sahil qəsəbəsində, Hacı Zeynalabdin Tağıyev küçəsində motosiklet və “Shacman” markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü 1983-cü il təvəllüdlü Ramin Eyvazov ölüb.

Fakt Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təsdiqlənib.

1news.az

Paylaş:
185

Son xəbərlər

Sabahın hava proqnozu

18 / 07 / 2025, 12:29
Bütün xəbərlər