Kəlbəcərdə ordumuzun əsgərini cərəyan vuraraq öldürüb - RƏSMİ
Kəlbəcərdə N saylı hərbi hissədə əsgərin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanıb.
Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, fakkt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin olunmuş və digər istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.