Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası “Worldchefs”ə üzv olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası “Worldchefs”ə üzv olub

Qafar Ağayev13:04 - 16 / 06 / 2022
Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası “Worldchefs”ə üzv olub

Dövlət Turizm Agentliyinin təşkilati dəstəyi ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (AKMA) Dünya Kulinariya Təşkilatları Assosiasiyasına (Worldchefs -World Association of Chefs Societies) assosiativ üzv qəbul edilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildrilir ki, Dünya Kulinariya Təşkilatları Assosiasiyası qlobal mətbəxlərin kulinariya standartlarının saxlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən peşəkar qeyri-hökumət təşkilatıdır.

Yüzdən çox baş aşpaz cəmiyyətlərini özündə birləşdirən qurum qastronomiya üzrə ekspertlərin təhsili, təlimi və hüquqi statuslarının gücləndirilməsi üçün müvafiq işlər görür.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin yeni qastronomiya strategiyasında “Worldchefs”lə intensiv əməkdaşlıq xüsusi yer tutur.

Cari ilin iyun ayının əvvəlində Dövlət Turizm Agentliyinin dəstəyi ilə ilk dəfə olaraq azərbaycanlı kulinarlar komanda şəklində “Worldchefs” tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təşkil olunan Dünya Baş Aşpazlarının Konqresində iştirak ediblər.

Kulinariya sahəsində dünyanın ən böyük tədbiri olan bu konqresdə 110 ölkədən 5 mindən çox nümayəndə iştirak edib. Tədbir çərçivəsində Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynovanın “Worldchefs” təşkilatının prezidenti Tomas Quqler ilə görüşü baş tutub.

Bundan əlavə, azərbaycanlı aşpazlar bu il ilk dəfə olaraq “Worldchefs”in təşkil etdiyi və azərbaycanlı baş aşpazların beynəlxalq səviyyəli yarışmalarda hakim kimi iştirakına imkan yaradacaq beynəlxalq hakimlik kurslarında komanda olaraq iştirak ediblər.

“Worldchefs” təşkilatı ilə əməkdaşlıq üçün Dövlət Turizm Agentliyi tərəfindən, həmçinin Dubay Beynəlxalq Kulinariya İncəsənət Mərkəzi (ICCA) ilə müzakirələrə başlanılıb. Müzakirələr əsnasında sözügedən əməkdaşlığın təlim və sertifikasiya, texniki peşə təhsili, qastronomik turizm marşrutlarının tərtibatı və Azərbaycan qastronomiya sənaye nümayəndələrinin dünya miqyaslı yarışlarda və tədbirlərdə yüksək səviyyədə təmsilçiliyi ilə bağlı ilkin razılıq əldə olunub.

Paylaş:
251

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər