Qarabağ Dirçəliş Fondu ilə DEİK-in (Türkiyə) rəhbər heyəti arasında görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondu ilə DEİK-in (Türkiyə) rəhbər heyəti arasında görüş keçirilib - FOTO

Qafar Ağayev16:24 - 16 / 06 / 2022
Qarabağ Dirçəliş Fondu ilə DEİK-in (Türkiyə) rəhbər heyəti arasında görüş keçirilib - FOTO

13 iyun 2022-ci il tarixində Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin nümayəndələri ölkəmizə səfəri çərçivəsində Qarabağ Dirçəliş Fondunu ziyarət edib.

1news.az xəbər verir ki, Görüşdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin sədri Kemal Koloğlu və Komitə üzvləri iştirak ediblər.

Görüşdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı maraq doğuran məsələlər və işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, qonaqlara Qarabağ Dirçəliş Fondunun əsas missiyası, fəaliyyətinin əsas istiqamətləri, prioritetləri, Fond tərəfindən həyata keçirilən və cari layihələr haqqında ətraflı məlumat verib.

R.Hacıyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin Qarabağın uzun onilliklər ərzində davam edən işğalına son qoyması ilə ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yaranan yeni reallıqlardan danışıb.

Fondun İdarə Heyətinin sədri erməni işğalı nəticəsində Qarabağa dəyən zərərin həcmi barədə danışarkən qeyd edib ki, işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, “Böyük Qayıdış”ın daha qısa zamanda həyata keçirilməsi üçün dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, cəmiyyətin həmrəylik göstərməsi və bu prosesdə yaxından iştirakı olduqca zəruridir.

R.Hacıyev bildirib ki, hazırda dövlət başçısının tapşırığına əsasən işğalından azad edilən ərazilərinin bərpası, dayanıqlı inkişafının təmin olunması, həmin ərazilərdə ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin sədri Kemal Koloğlu işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasında öz dəstəklərini göstərməyə və müvafiq sahələrdə təcrübələrini bölüşməyə hazır olduqlarını bildirib.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Paylaş:
554

Son xəbərlər

RİNN-in saytında COP 29-la bağlı bölmə yaradılıb04 / 11 / 2024, 17:52İstanbulda “Səninləyik, Türkiyə” kitabının təqdimatı keçirilib04 / 11 / 2024, 17:50İran Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək04 / 11 / 2024, 17:47Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi04 / 11 / 2024, 17:31Rəşad Məcid: “Yeni telekanalda yüksək səviyyəli komanda formalaşdırılıb”04 / 11 / 2024, 17:23Maya Sandu 55,41 faiz səslə qalib gəlib04 / 11 / 2024, 17:14Kapital Bank-ın dollar istiqrazlarına maraq böyükdür04 / 11 / 2024, 17:12ASCO yaxın 3 ildə 65 köhnə gəmini donanmasından çıxaracaq04 / 11 / 2024, 17:10AFFA rəsmisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb04 / 11 / 2024, 16:52Bakıda restoranda yanğın olub04 / 11 / 2024, 16:45Mastercard və ABB dayanıqlılıq hakatonuna başlayır04 / 11 / 2024, 16:24COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək - RƏSMİ04 / 11 / 2024, 16:22ADY ötən ilin rekordunu təzələyir - 6,9 milyondan çox sərnişin daşınıb04 / 11 / 2024, 16:09Leysan yağacaq, çaylardan sel keçəcək - Növbəti iki günlə bağlı XƏBƏRDARLIQ04 / 11 / 2024, 15:52Xəzərdə Azərbaycan-İran birgə təlimi keçirilib - FOTO04 / 11 / 2024, 15:42Hərbi prokuror hərbi qulluqçularla görüşüb04 / 11 / 2024, 15:36İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb04 / 11 / 2024, 15:19Dönərin bişirildikdən sonra yararlılıq müddəti 12 saata qədər müəyyən edilib04 / 11 / 2024, 14:24YPX avtomobilləri də texniki baxışdan keçirildi - VİDEO04 / 11 / 2024, 14:10Azərbaycan - Estoniya oyununun biletləri satışa çıxarıldı04 / 11 / 2024, 14:02
Bütün xəbərlər