Anadangəlmə ürək qüsurlu və pnevmaniya ilə doğulan körpənin həyatı xilas olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Anadangəlmə ürək qüsurlu və pnevmaniya ilə doğulan körpənin həyatı xilas olunub

Qafar Ağayev10:18 - 16 / 06 / 2022
Anadangəlmə ürək qüsurlu və pnevmaniya ilə doğulan körpənin həyatı xilas olunub

Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 31 may 2022-ci ildə doğulan körpə (oğlan) 14 günlük mübarizədən sonra həyata qaytarılıb.

1news.az xəbər verir ki, Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

O, bildirik ki, Ananın hamiləlik dövründə ağır koronavirus (COVİD-19) infeksiyasına yoluxması, eləcə də körpənin ürəyində VSD (Ventikular Septal Defekt) və ağciyərlərində pnevmaniya aşkarlandığından doğuşdan dərhal sonra körpə süni tənəffüs aparatına qoşularaq, xüsusi nəzarətə götürülüb.

"İlk gündən Mərkəzin Yenidoğulmuşların Reanimasiyasına köçürülən və burada süni ventilyasiya aparatında olarkən dəfələrlə vəziyyəti pisləşən, ölümlə üzləşən körpəni həkimlər bütün mümkün tibbi müdaxilələrdən istifadə etməklə həyatda saxlaya biliblər.

Təxminən 2 həftəlik mübarizədən sonra nəhayət ki, körpə kritik vəziyyətdən çıxarılıb və süni nəfəs aparatından ayırılıb. Aparılan müayinə və müalicələrin nəticəsi olaraq, hazırda körpənin vəziyyəti kafidir. Oksigenə ehtiyacı yoxdur və sərbəst qidalanır.

Qeyd edək ki, körpə ailənin 3-cü doğulan övladıdır. Ailədə 2-ci hamiləlik zamanı da doğulan körpədə anadagəlmə ürək qüsuru olub və 14 gündən sonra dünyasını dəyişib. Eyni aqibətlə bu dəfə də üzləşmələrinə baxmayaraq, tibb elmi və həkimlər buna imkan verməyib" - deyə, o, bildirib.

Paylaş:
480

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər