Tibb ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin və şəhid həkimlərimizin məzarlarını ziyarət ediblər - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tibb ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin və şəhid həkimlərimizin məzarlarını ziyarət ediblər - FOTO

Qafar Ağayev09:58 - 17 / 06 / 2022
Tibb ictimaiyyətinin nümayəndələri Heydər Əliyevin və şəhid həkimlərimizin məzarlarını ziyarət ediblər - FOTO

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır.

1news.az xəbər verir ki, bununla əlaqədar səhiyyə naziri Teymur Musayev başda olmaqla tibb ictimaiyyətinin nümayəndələri iyunun 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Tibb ictimaiyyətinin nümayəndələri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, böyük alim, ictimai-siyasi xadim, səhiyyə təşkilatçısı Əziz Əliyevin və tanınmış elm xadimi Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər düzüblər.

Daha sonra İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həkimlərin əziz xatirəsi anılaraq, məzarları üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Paylaş:
346

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər