Tikinti və şəhərsalma xərcləri üçün 1 mlrd. manata yaxın əlavə vəsait ayrılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Tikinti və şəhərsalma xərcləri üçün 1 mlrd. manata yaxın əlavə vəsait ayrılacaq

Qafar Ağayev14:35 - 18 / 06 / 2022
Tikinti və şəhərsalma xərcləri üçün 1 mlrd. manata yaxın əlavə vəsait ayrılacaq

Azərbaycanda 2022-ci ildə tikinti və şəhərsalma xərcləri üçün 1 milyard manata yaxın əlavə vəsait ayrılacaq.

1news.az APA-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, tikinti və şəhərsalma xərcləri 4 991 670 500,0 manatdan 5 972 270 500,0 manata çatdırılır.

Paylaş:
407

Son xəbərlər

Bütün xəbərlər