BDU səs yazısı yayılan müəllimi işdən çıxarıb | 1news.az | Xəbərlər
Cəmiyyət

BDU səs yazısı yayılan müəllimi işdən çıxarıb

13:51 - 20 / 06 / 2022
BDU səs yazısı yayılan müəllimi işdən çıxarıb

Bakı Dövlət Univeristetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən çıxarılıb.

Universitetdən 1news.az-a verilən xəbərə görə, səs yazısı yayılan Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.

Bildirilib ki, müəllimin əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısı yayılıb. Belə ki, müəllimin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib. Müəllim səs yazısında deyib ki, imtahandan kəsilən zaman tələbələr üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.

1news.az

Paylaş:
264

Son xəbərlər

Bütün xəbərlər