II və III qrup üzrə qəbul imtahanının ikinci cəhdinə qeydiyyat başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

II və III qrup üzrə qəbul imtahanının ikinci cəhdinə qeydiyyat başa çatıb

Qafar Ağayev11:23 - 21 / 06 / 2022
II və III qrup üzrə qəbul imtahanının ikinci cəhdinə qeydiyyat başa çatıb

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdinə qeydiyyat bu gün saat 11:00-da başa çatıb.

1news.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, II qrup üzrə 12 792 nəfər (Azərbaycan bölməsi üzrə 11 626, rus bölməsi üzrə 1166 nəfər), III qrup üzrə isə 16 626 namizəd (Azərbaycan bölməsi üzrə 15 139, rus bölməsi üzrə 1487 nəfər) qeydiyyatdan keçib.

Xatırladaq ki, I və IV ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə 4 iyul saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdində 4-17 mart və ya 6-25 aprel tarixlərində I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təqdim etmiş abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, III qrup üzrə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdi iyulun 7-də, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan (II cəhd) və II qrup üzrə qəbul imtahanı (II cəhd) iyulun 7-də keçiriləcək.

Eyni zamanda I ixtisas qrupu üzrə qəbul imtahanının II cəhdi iyulun 20-si, IV qrup üzrə isə iyulun 21-i keçiriləcək.

Paylaş:
220

Son xəbərlər

Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşübBu gün, 12:35“Olivia”nın yeni reklam çarxı bütün ölkəyə səs saldı – “S.O.S” fərqli təqdimatda - VİDEOBu gün, 12:30Kolleclərə direktorlar təyin olunubBu gün, 12:15“Gənclər heç kimin təsiri altına düşməməlidirlər”Bu gün, 12:10Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edibBu gün, 11:49Prezident Qarabağ Universitetinin tələbələri ilə görüşdə hərbçilərimizin qəhrəmanlığından danışıbBu gün, 11:41İlham Əliyev: “Bax, bütün bu amillər bir yerdə olanda, heç bir qüvvə o xalqın qabağında dura bilməz”Bu gün, 11:37Bakıda kirayə mənzil bazarında vəziyyət – Hansı hallar qiymətlərə təsir edə bilər?Bu gün, 11:26İlham Əliyev: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcəkBu gün, 11:18Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələri ilə bağlı iclas keçirəcəkBu gün, 11:16Bu gün Azərbaycanda Dövlət Suverenliyi GünüdürBu gün, 11:10Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 11:04
Bütün xəbərlər