Azad edilmiş ərazilərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələri quraşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələri quraşdırılacaq

16:32 - 22 / 06 / 2022
Azad edilmiş ərazilərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələri quraşdırılacaq

Azad edilmiş ərazilərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələri quraşdırılacaq.

1news.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi “Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC ilə birlikdə 2022-2026-cı illərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasının dəstəklənməsini təmin etməlidir.

1news.az

Paylaş:
201

Son xəbərlər

Bütün xəbərlər