FHN: “Ötən sutka 78 yanğına çıxış olub, 7 nəfər xilas edilib” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: “Ötən sutka 78 yanğına çıxış olub, 7 nəfər xilas edilib” - VİDEO

11:02 - 22 / 06 / 2022
FHN: “Ötən sutka 78 yanğına çıxış olub, 7 nəfər xilas edilib” - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən 1news.az-a verilən xəbərə görə, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 78 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər, o cümlədən “Mərdəkan” sularda xilasetmə məntəqəsi ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər və Gəncə şəhərində doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyən 1 nəfər xilas edilib.

Paylaş:
206

Son xəbərlər

Bütün xəbərlər