İki müəssisəyə iki milyon manatdan artıq güzəştli kredit verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İki müəssisəyə iki milyon manatdan artıq güzəştli kredit verilib

Qafar Ağayev14:38 - 23 / 06 / 2022
İki müəssisəyə iki milyon manatdan artıq güzəştli kredit verilib

Azərbaycanda iki sahibkarlıq müəssisəsinə iki milyon manatdan artıq güzəştli kredit verilib.

1news.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Sahibkarlığın İnkişafı Fondu tərəfindən yerli istehsalın təşviqi və sahibkarlara dəstək məqsədilə əlcək istehsalı ilə məşğul olan “Xanni-2017” MMC-yə 2 mln. manat və meyvə-tərəvəz məhsullarının emalı üzrə ixtisaslaşmış “Brightman BMC” MMC-yə 100 min manat güzəştli kredit verilib", - nazir deyib.

Paylaş:
341

Son xəbərlər

Bütün xəbərlər