I ixtisas qrupuna hazırlaşanlar üçün "İnformatika" vəsaiti hazırlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

I ixtisas qrupuna hazırlaşanlar üçün "İnformatika" vəsaiti hazırlanıb

Qafar Ağayev15:41 - 23 / 06 / 2022
I ixtisas qrupuna hazırlaşanlar üçün "İnformatika" vəsaiti hazırlanıb

2023-cü və daha sonrakı illərdə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin informatikayönümlü ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər üçün "İnformatika" vəsaiti hazırlanıb.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən məlumata görə, imtahanlara hazırlaşanlara elmi-metodiki kömək göstərilməsi DİM-in fəaliyyətinin mühüm istiqamət­lərindəndir. Abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş DİM-in yeni “İnformatika” vəsaiti də bu istiqamət üzrə görülən işlərin davamıdır.

Vəsaitdə qəbul proqramına daxil edilmiş bütün mövzular əhatə olunub. Burada nəzəri materialla bərabər, hər mövzunun sonunda müstəqil qiymətləndirmə tapşırıqları və bölmənin sonunda isə ümumi yekunlaşdırıcı tapşırıqlar verilib.

Vəsaitdə situasiya tipli tapşırıqlar da təklif olunurmuşdur ki, bunlar da biliklərin qaza­nılmasında, bacarıq və vərdişlərin forma­laş­ma­sında böyük rol oyna­yır. Qeyd etmək lazımdır ki, situasiya tipli tapşırıqlar fənn kurikulumu­nun təlim nəticələrinin yoxlanılmasına və qiy­mət­ləndirilməsinə daha yaxşı imkan verir. Belə ki, bu tipli tapşırıqlarla situasiya daxilində verilənləri görə bilmək baca­rı­ğı, qoyulmuş sualların cavablan­dır­ılması üçün tətbiqetmə vərdişləri, müxtəlif vəziy­yət­lərdə qərarvermə, habelə alınmış nəticə­ləri təqdim­­­­­etmə bacarıqları yoxlanılır. Situasiya tipli tap­şırıq­ların üstün cəhətlərindən biri də müxtəlif məzmun xətlərinə aid alt standartların birgə yoxlanıla bilməsidir.

Vəsait aşağıdakı bölmələrdən ibarətdir:

1. İnformasiya və informasiya prosesləri

2. Say sistemləri

3. İnformasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi

4. Modelləşdirmə

5. Kompüterin aparat təminatı

6. Kompüterin proqram təminatı

7. Əməliyyat sistemi

8. Mətnlərin emalı

9. Elektron cədvəllər

10. Verilənlər bazası

11. Alqoritm

12. Proqramlaşdırma

13. Kompüter şəbəkələri

14. İnternet

15. Veb-proqramlaşdırma

16. İnformasiya təhlükəsizliyi

Vəsaiti iyunun 28-dən etibarən "Abituriyent" satış köşkündən (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, 8 Noyabr metrostansiyasının yanı), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkün olacaq.

Paylaş:
251

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2Bu gün, 15:22Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edibBu gün, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEOBu gün, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilibBu gün, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçiribBu gün, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilibBu gün, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdiBu gün, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edibBu gün, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıbBu gün, 13:45Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdürBu gün, 13:31Mədəniyyət Nazirliyində türkiyəli kino təhsili mütəxəssisləri ilə görüş keçirilibBu gün, 13:29Nazirlik Qarabağ Universitetinin tələbə yataqxanasının görüntülərini yayıbBu gün, 13:27Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıbBu gün, 13:19Payızda Heydər Əliyev Beynəlxalq Aeroportundən 80-dən çox istiqamətə səyahət imkanıBu gün, 13:01Yay tətili zamanı Bakıda hansı küçələr təmir edilib? - AAYDA açıqladıBu gün, 12:54İsti, yağış, qar - Sabahın havası açıqlandıBu gün, 12:42Kərim Vəliyev İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşübBu gün, 12:35“Olivia”nın yeni reklam çarxı bütün ölkəyə səs saldı – “S.O.S” fərqli təqdimatda - VİDEOBu gün, 12:30Kolleclərə direktorlar təyin olunubBu gün, 12:15“Gənclər heç kimin təsiri altına düşməməlidirlər”Bu gün, 12:10
Bütün xəbərlər