Azərbaycanın təhsil naziri Qazaxıstana gedib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın təhsil naziri Qazaxıstana gedib

17:50 - 23 / 06 / 2022
Azərbaycanın təhsil naziri Qazaxıstana gedib

Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Türk Akademiyasının 5-ci iclasında iştirak etmək məqsədilə Qazaxıstan Respublikasında səfərdədir.

Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti Nur-Sultan şəhərində yerləşən “Quantum” STEM məktəbi və Nazarbayev intellektual məktəblərini ziyarət edib, hər iki müəssisədə yaradılan şəraitlə tanış olub.

Nümayəndə heyətinə hər iki müəssisənin nailiyyətləri haqqında ətraflı məlumat verilib və Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlıqda maraq ifadə edilib.

Sözügedən tarixdə nümayəndə heyəti həmçinin Peşə texniki kolleci və İctimai iaşə və xidmət kollecini ziyarət edib. Ziyarət zamanı nümayəndə heyəti müəssisələrin fəaliyyəti və tələbələr üçün yaradılan şəraitlə tanış olub.

Həmin gün təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının maarif naziri Asxat Aymaqambetov ilə görüşüb. Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Paylaş:
57

Son xəbərlər

Sumqayıtda dəmir yolu stansiyası ərazisində yanğın olubBu gün, 16:54Dövlət Xidməti dövlət satınalmalarında ciddi qanun pozuntusu ilə əlaqədar Baş Prokurorluğa müraciət edibBu gün, 16:39Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıbBu gün, 16:34COVID-19-a yeni yoluxanların sayı açıqlandı - STATİSTİKABu gün, 16:33MN-in Kiber Təhlükəsizlik Əməliyyatları Mərkəzi istifadəyə verilib - VİDEO - FOTOBu gün, 16:24Milli Məclisin komitələrinin Şuşada birgə dinləməsi keçirilibBu gün, 16:17Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçirilibBu gün, 16:12Bu gün Röyanın qardaşının toyudur - Qonaqlara qadağa - FOTOBu gün, 16:07Qurbanlıq qoyunların onlayn satış yarmarkası keçiriləcək - SİYAHIBu gün, 16:01Yaponiya Rusiya və Belarusdan olan şəxslərə və təşkilatlara sanksiya tətbiq edibBu gün, 15:47Kəsici alət ilə metroya girib insanları təhdid edən şəxs onu ittiham edənlərə cavab verdi - VİDEOBu gün, 15:30Həm dadlı, həm təhlükəli: dondurma alarkən ehtiyatlı olun - ARAŞDIRMABu gün, 15:24Bakıda şagird sayı 500-dək olan məktəblərə direktor olmaq üçün 120 nəfər sənəd veribBu gün, 15:19Azərbaycanlı jurnalistlərin Şuşa ilə bağlı yazısı 9 ölkənin 16 mətbuat orqanında yayımlanıbBu gün, 15:18Bakıda narkotik satan qadın tutulub - VİDEOBu gün, 15:01İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər təsdiqləndiBu gün, 14:56Bakı metrosunda qatarda tüstülənmə olubBu gün, 14:51Apple Pay artıq Xalq Bank kart sahibləri üçün əlçatan olurBu gün, 14:44Qazaxda yol tikintisinə 6.9 milyon manat ayrılıbBu gün, 14:41Ağdam Sənaye Parkının rezidenti olmaq üçün 15 layihə təqdim edilibBu gün, 14:33
Bütün xəbərlər

Next TV