Goranboyda silah-sursat aşkar edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda silah-sursat aşkar edilib

10:07 - 24 / 06 / 2022
Goranboyda silah-sursat aşkar edilib

Goranboyda silah-sursat aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Goranboy rayon Yenikənd kəndi yaxınlığında sel sularının axdığı dərədən 1 ədəd “AKM” markalı 7.62 mm-lik avtomat, 1 ədəd içərisində 30 ədəd 7.62 mm-lik patron olan avtomat darağı və 3 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
192

Son xəbərlər

Bütün xəbərlər