Azərbaycanın amfibiya təyyarəsi Muğlada yanğınla mübarizəyə başlayıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın amfibiya təyyarəsi Muğlada yanğınla mübarizəyə başlayıb - FOTO - VİDEO

Qafar Ağayev11:26 - 24 / 06 / 2022
Azərbaycanın amfibiya təyyarəsi Muğlada yanğınla mübarizəyə başlayıb - FOTO - VİDEO

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə yanğınla mübarizəyə başlayıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədəki meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsinə köməklik məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə qardaş ölkəyə göndərilib.

"Bu gün səhər saatlarından etibarən təyyarə Türkiyənin Muğla bölgəsində yanğınlarla mübarizə tədbirlərinə başlayıb", - məlumatda deyilir.

Paylaş:
620

Son xəbərlər

Laçına dolu düşüb

04 / 07 / 2026, 16:10

İmişlidə zəlzələ olub

04 / 07 / 2026, 13:53
Bütün xəbərlər