Azərbaycanda ilk dəfə Milli Qurama Festivalı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ilk dəfə Milli Qurama Festivalı keçiriləcək

Qafar Ağayev15:10 - 28 / 06 / 2022
Azərbaycanda ilk dəfə Milli Qurama Festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhəri İçra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakida Milli Qurama Festivalı keçiriləcək!

1news.az xəbər verir ki, festival zamanı Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri və qurama sənətkarlarının əl işlərindən ibarət sərgi nümayiş olunacaq, qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiriləcək.

Tədbirdə, həmçinin qurama ilə bağlı şer və ya bayatı nümunələrindən ibarət poeziya axşamı, musiqi gecəsi təşkil olunacaq.

Festival 7 iyul - 7 avqust 2022-ci il tarixlərində Bakının bir necə məkanında baş tutacaq.

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər