Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət qismən məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət qismən məhdudlaşdırılır

Qafar Ağayev17:24 - 29 / 06 / 2022
Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət qismən məhdudlaşdırılır

30 iyun saat 08:00-dan 3 iyul saat 20:00-dək Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə 1news.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Paylaş:
331

Son xəbərlər

Bütün xəbərlər