İƏT nümayənədləri Şuşaya səfər ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

İƏT nümayənədləri Şuşaya səfər ediblər

Qafar Ağayev17:38 - 29 / 06 / 2022
İƏT nümayənədləri Şuşaya səfər ediblər

İyunun 29-da İslam Əməkdaşlığı Təşkilatına üzv olan ölkələrin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər çərçivəsində Şuşa şəhəri və Daşaltı kəndini ziyarət ediblər.

1news.az xəbər verir ki, İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hissein Brahim Taha, Özbəkistan, Pakistan, İran, Qambiya, Niger, Malayziya, Sudan, Uqanda, Qabonun turizm nazirləri, nazir müavinləri, Ərəb Turizm Təşkilatının prezidenti və səfirlərdən ibarət olan nümayəndə heyəti Şuşa şəhərində işğal müddətində erməni vandalizminin qurbanı olmuş Aşağı Gövhər Ağa və Yuxarı Gövhər Ağa məscidlərində aparılan bərpa və təmir işləri ilə tanış olublar.

Həmçinin qonaqlar Daşaltı kəndinin turizm imkanları, burada turizm və rekreasiya zonasının yaradılması üçün mövcud potensial haqqında məlumatlandırılıblar.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bu ərazilərin turizm potensialının istifadəsi üçün Agentlik tərəfindən Şuşa şəhərinin turizm inkişaf strategiyasının və Daşaltı turizm inkişaf konsepsiyasının hazırlandığını diqqətə çatdırıb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov tərəfindən Şuşanın tarixi, Vətən müharibəsindən sonra aparılan yenidənqurma və bərpa işləri haqqında nümayəndələrə buradakı İslam irsinə məxsus tarixi və mədəni abidələr haqqında ətraflı informasiya verilib.

Qeyd edək ki, İƏT-in Turizm Nazirlərinin Bakıda keçirilən 11-ci Konfransı çərçivəsində üzv ölkələrin turizm nazirləri, nazir müavinləri, səfirlər və turizm üzrə səlahiyyətli şəxsləri bu gün Füzuli Hava Limanında olublar.

Paylaş:
272

Son xəbərlər

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43Azərbaycanın dövlət borcu açıqlandıBu gün, 13:18İkiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva afrikalı idmançı ilə evləndi - FOTOBu gün, 13:15COP29-un Azərbaycanda keçirilməsi: Qlobal dəyişikliklərə və yeni imkanlara doğru addımBu gün, 13:11Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər həbs olunubBu gün, 12:47Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22
Bütün xəbərlər